İtaliya millisinin sabiq üzvü Mario Balotelli qışda “Cenoa”nı tərk etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Meksika təmsilçisi “Kruz Azul”a keçməyə yaxındır. Tərəflər arasında ilkin danışıqlar olsa da, hələlik razılıq əldə olunmayıb.
Mario Balotelli oktyabrın sonunda azad agent kimi “Cenoa”ya keçib.
Futbolçu bu müddət ərzində 6 matçda iştirak edib və 56 dəqiqə meydanda olub.