“Barselona” iki futbolçusu ilə yeni müqavilə imzalamağa hazırlaşır.
İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubu futbolçuları Neymar və Serxio Buskesin yeni müqavilə üçün “hə”sini alıb.
Buskes bu ilin fevral ayında yeni (2017-ci ilə kimi) müqavilə imzalasa da, rəhbərlik futbolçuya daha bir uzun müddətli müqavilə təklif edib.
Neymar isə “Barsa” ilə müqaviləsini daha 3 il artıracaq.
Yeni müqavilələrə əsasən hər iki futbolçunun maaşı artırılacaq.