“Barselona” yay transfer pəncərəsində hücumçu Ferran Torreslə yollarını ayırmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu maliyyə şərtlərinə görə bir neçə oyunçusu ilə vidlaşmağı düşünür. Rəhbərlik hücumçunun staışından 25 milyon avro qazanmağa planlayır.
Torres 2021-ci ilin dekabrında 55 milyon avroya “Mançester Siti”dən “Barselona”ya keçib.
23 yaşlı ispaniyalı bu mövsüm Kataloniya komandasının heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.