“Barselona” növbəti mövsümdən “Noy Kamp” stadionundan uzaq qalacaq.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin tarixi arenası təmirə bağlanacaq. Stadionda işlərin iyun ayının sonunda başlayacağı bildirilir.
Bu müddətdə komanda ev oyunlarını Barselona şəhərində yer alan “Luis Olimpiya Stadionu”nda keçirəcək. Sözügedən arenanın azarkeş tutumu 58 minə yaxındır.