Ölkə futbolu

“Neftçi” Azərbaycan Kubokunun finalında – YENİLƏNİB

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk matçda səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzan “Neftçi” bu dəfə rəqibini “Bakcell Arena”da sınağa çəkib. 

“Ağ-qaralar” doğma meydanda görüşün sonlarında vurduğu iki cavabsız qolla finala vəsiqə qazanır -2:0.

 

Digər yarımfinal matçında isə “Qəbələ” “ASCO Arena”da “Səbail”in qonağı olacaq. Bu görüş aprelin 27-də gerçəkləşəcək.

Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunu
26 aprel

20:00. “Neftçi” – “Turan Tovuz” 2:0
Baş hakim: Fərid Hacıyev
İlk oyun – 0:1
Bakı, “Bakcell Arena”

Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43