“Barselona” “Zenit”in yarımmüdafiəçisi Vendelə maraq göstərir.
İdmanxeber.az-ın məlumatına görə, daha əvvəl 26 yaşlı braziliyalının “Qalatasaray”a keçə biləcəyi bildirilmişdi. Lakin Sankt-Peterburq təmsilçisi türk klubunun təklifindən razı deyil.
Yarımmüdafiəçinin klubuyla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Vendel 2020-ci ildən “Zenit”də çıxış edir. 203/24 mövsümündə o, komandasının heyətində 35 oyun keçirib, 4 qol vurub, 10 məhsuldar ötürmə edib.