“Barselona” “Liverpul”un futbolçusu Muhammed Salahı transfer etməkdən vaz keçib.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu Lamin Yamalın performansını nəzərə alaraq, misirli oyunçuya ehtiyac duymayıb. Rəhbərlik gənc oyunçunun inkişafı üçün onun davamlı oynamasında israrlıdı.
Salahın “Liverpul”la müqaviləsi 2025-ci ilin yayında bitir. O, bu mövsüm bütün yarışlarda 17 matça çıxıb, 10 qol vurub, 10 qolun ötürməsini verib.