05 İyun 2026
Dünya futbolu

Millimiz Rusiya yığması ilə qarşılaşacaq

Qadınlardan ibarət milli komandamız Rusiya ilə 2 yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Rusiya komandası Soçidə təlim-məşq toplanışında yığmamızla üz-üzə gələcək. İlk matç noyabrın 28-də “Fişt” stadionunda olacaq. 2-ci görüş isə dekabrın 2-də “Soçi” klubunun məşq bazasında  oynanılacaq. Matçlar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Azərbaycanın qadınlardan millisi hazırda FİFA reytinqində 75-ci pillədə qərarlaşıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43