“Barselona”nın yayda keçirəcəyi yoldaşlıq görüşlərinin biri məlum olub.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib. Bildirilir ki, komanda Yaponiya təmsilçisi “Vissel Kobe” ilə qarşılaşacaq.
Kataloniya təmsilçisi Andres İnyestanın çıxış etdiyi klubla iyunun 6-da Tokioda üz-üzə gələcək.