Yayda “Barselona” 10-a yaxın futbolçusu ilə yollarını ayıracaq.
İdmanxeber.az-ın “AS’-a istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisində Ceyson Murilyo (“Velensiya”) və Kevin-Prins Boatenqi (“Sassuolo”) komandalarına geri qayıdacaq.
Bundan başqa İvan Rakitiç, Koutinyo, Tomas Vermalen, Rafinya Alkantara ilə yollarını ayırmağı düşünür. “Ayaks”ın müdafiəçisi De Laytın transferi baş tutarsa o zaman “Barsa” Umtitini də başqa bir komandaya satacaq.
Klub eyni zamanda yayda “Arsenal”dan komandaya qayıdacağı gözlənilən Denis Suaresi satışa çıxaracaq.