Dünya futbolu

“Barselona”lı müdafiəçinin cəzası açıqlandı

“Barselona”nın müdafiəçisi Ronald Arauxo 1 oyunluq cəzalanıb.

İdmanxeber.az-ın məlumatına görə, Nizam İntizam Komitəsi “Valensiya” matçında (1:0) qırmızı vərəqə alan uruqvaylıya bir oyunluq cəza verib.

24 yaşlı futbolçu martın 12-də La Liqanın 25-ci turu çərçivəsində baş tutacaq “Atletik”lə görüşü buraxacaq. Arauxo ayın 19-da “Real” oyunda iştirak edə biləcək.

Müdafiəçi cari mövsüm La Liqada 13 oyunda forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43