Uzun müddətdir zədə səbəbindən “Barselona”dan uzaq qalan İbrahim Afellay artıq məşqlərə başlayıb.
Klubun rəsmi saytının verdiyi xəbərə görə, budundan zədələnən və ötən ilin avqustunda əməliyyat olunan 27 yaşlı yarımmüdafiəçi tam sağalıb və komanda ilə birgə məşq edir.
Qeyd edək ki, Afellay 2012/13-ci ili icarə əsasında “Şalke”də keçirib.