Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda sabah Levekuzen “Bayer”i ilə üz-üzə gələcək “Barselona” 7 futbolçusunun xidmətindən məhrum olub.
İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubunun baş məşqçisi Pikeyə və Andres İnyestaya istirahət verməyə qərar verib.
Dani Alveş cəzalı, Jeremi Matye, Serdji Roberto, Duqlas və Rafinya isə zədəli olduqlarından “Bayer”ə qarşı oynamayacaqlar.