“Barselona” “Spotify” ilə sponsorluq müqaviləsi imzalayıb.
Idmanxeber.az klubun saytına istinadən xəbər verir ki, 4 illik müddəti əhatə edəcək anlaşma iyuldan qüvvəyə minəcək.
Müqaviləyə əsasən, növbəti mövsümdən “Barselona”nın stadionu “Kamp Nou” “Spotify Kamp Nou” adlandırılacaq.