Kateqoriyasız

“Barselona”nın ulduz futbolçusu “tvitter”rdən səsləndi: “Kamran Ağayev Avropda oynamalıdı”

İspaniyanın "Barselona" klubunun ulıduz futbolçusu Serxio Buskets millimizin İsraillə səfər matçını (1:1) izləyib.

İspaniya millisinin də şərəfini qoruyan futbolçu öz "tvitter" hesabından sözügedən oyunla bağlı qeydlər edib. O, Kamran Ağayevi bəyəndiyini açıqlayıb:

"Dünən İsrail – Azərbaycan oyununa baxdım. İsrail yaxşı oynasa da, Azərbaycanın qapıçısı möhtəşəm idi. Elə bir qapıçı Avropada oynamalıdır."

Qeyd edək ki, bu barədə xəbəri Türkiyənin Sports TV kanalı yayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43