“Barselona”nın futbolçusu Pike “Real”ı təhqir edib.
İdmanxeber.com-un məlumatına görə, İspaniya millisinin də şərəfini qoruyan təcrübəli müdafiəçi Avropa Superkubokunun finalında “Sevilya”ya qalib gəldikləriqarşılaşmadan sonra qələbəni bayram etdikləri zaman əzəli rəqiblərini təhqir etməyi unutmayıb. O, “Bayram edək uşaqlar. Cəhənnəm olsun “Real”. Qoy onlar bizim necə bayram etdiklərimizi görsünlər” – deyib.