İspaniyanın “Barselona” klubunu yeni prezidenti məlum olub.
İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubunun vitse-prezident vəzifəsində çalışan Josep Bartomeu 2016-cı ilə qədər komandanın başqanı olacaq.
Qeyd edək ki, braziliyalı ulduz futbolçu Neymarın transferi zamanı maliyyə fırıldağının üzə çıxmasısəbəbindən “Barsa”nın prezidenti Sandro Rosel istefa vermişdi.