23 Oktyabr 2024
Dünya futbolu

“Barselona”nın yeni transferi siqaretlə yaxalandı – FOTO

“Barselona”nın yeni transferi Voyçex Şesninin siqarətdən istidafə etdiyi görüntülər yayılıb.

İdmanxeber.az-ın məlumatına görə, polşalı qapıçı bununla bağlı İspaniya mətbuatına qısa açıqlama verib. O, “Siqaret çəkirəm? Şəxsi həyatınızda dəyişdirə bilmədiyiniz şeylər var. Bunu edə biləcək kimsə varsa, yenidən yoxlasın. Bu günə qədər heç kim bacarmadı” – deyə, bildirib.

Xatırladaq ki, təcrübəli qolkiper bu yaxınlarda Kataloniya təmsilçisiylə müqavilə bağlayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43