Dünya futbolu

“Bavariya” fransalı futbolçuya qiymət qoydu

“Bavariya” cinah oyunçusu Kinqsli Komanı sata bilər.

İdmanxeber.az-ın məlumatına görə, Münhen klubunun rəhbərliyi 70 milyon avroluq təklif alacağı təqdirdə, futbolçu üçün danışıqlara başlamağa hazır olacaq. Bu mövsüm Koman 24 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı fransız futbolçunun dəyərini 65 milyon avro qiymətləndirir. Onun klubla müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43