“Mançester Siti” yay transfer pəncərəsində müdafiəçi Joao Kanselanı satmağa hazırdır.
İdmanxeber.az-ın məlumatına görə, “Bavariya” futbolçunu 70 milyon avroya almaqdan imtina edib. Oyunçunun xidmətində “Arsenal” və “Barselona”nın da maraqlı olduğu bildirilir.
29 yaşlı portuqaliyalı bu mövsüm “Bavariya”nın heyətində 21 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.