İdman

Türkiyə millisinin oyunçusunun saatı oğurlandı

Basketbol üzrə Türkiyə millisinin üzvü Sertaç Şanlının saatı oğurlanıb.

İdmanxeber.az-ın məlumatına görə, “Barselona”da forma geyinən oyunçu parkda gəzərkən iki nəfərin ona yaxınlaşdığını və qolundan saatının oğurlandığını bildirib.

İspaniya mətbuatı saatın 25 min avro olduğunu vurğulayıb.

31 yaşlı oyunçu məsələ ilə bağlı polisə müraciət edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43