Dünya futbolu

“Bavariya”da növbəti itki – “Qalatasaray”la oyunda olmayacaq

“Bavariya” klubunda daha bir futbolçu sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Erik Çupo Motinq zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənar qalacaq. O, Kamerun millisinin də heyətindən çıxarılıb.

Futbolçu Çempionlar Liqası qrup mərhələsi çərçivəsində keçiriləcək “Qalatasaray” matçını buraxacaq.

Onunla yanaşı, Upamekano, Qnabri və Gerreyro da İstanbul klubuna qarşı forma geyinə bilməyəcək.

Qalatsaray” – “Bavariya” matçı oktyabrın 24-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43