“Bavariya”nın hücumçusu Robert Levandovski ilə yarımmüdafiəçi Kinqsli Koman arasında dava düşüb. Tərəflər əvvəlcə mübahisə ediblər. Daha sonra isə bu, əlbəyaxa davaya çevirilib. Niklas Zulye və Cerom Boatenqin müdaxiləsindən sonra futbolçuları sakitləşdirmək mümkün olub.
Davaya baxmayaraq, komandanın baş məşqçisi oyunçuları paltardəyişmə otağına göndərməyib. Onlar sondaək hazırlıqda iştirak ediblər.
Qeyd edək ki, “Bavariya” klubu hələlik insidentlə bağlı rəsmi açıqlama verməyib.