“Bavariya”nın sabiq üzvü Erik Çupo-Motinq karyerasını ABŞ-da davam etdirəcək.
İdmanxeber.az-ın məlumatıma görə, 35 yaşlı futbolçu “Nyu-York Red Bullz”la sözləşmə imzalayıb. Onunla müqavilə müddəti 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.
Çupo-Motinq hazırda iş vizasının çıxmasını gözləyir.