Ölkə futbolu

“Belə oynasaq, hamını məğlub edə bilərik” – Murad Musayev

“Qələbəyə görə şadıq. İntizamlı oyun oldu. Matçın məzmununa görə də sevinirik. 90 dəqiqə ərzində cəsur, aqressiv oyun sərgilədik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev evdə “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Rusiyalı mütəxəssis çempionluq mübarizəsinə bu cür münasibət bildirib: “Belə oynasaq, hamını məğlub edə bilərik. İkinci hissədə rəqibin cəmi bir, bizim isə daha çox şansımız oldu. Üçüncü qolu da vura bilərdik. Həmişə maksimum nəticə qazanmaq istəmişik. Məni daha çox keyfiyyət narahat edirdi. Pressinq, sürət üzərində işləyərək, daha keyfiyyətli oynamaq mümkündür”.

O, komandada icarə əsasında çıxış edən Aleksey Kaşukun gələcək taleyinin maliyyə ilə bağlı olacağını deyib: “Burada onun üçün hər şey yaxşıdır, karyerasının ən yaxşı dönəmlərini keçirir. Üslubumuz da ona uyğundur. Rəhbərlik bu istiqamətdə çalışır, lakin hələlik heç nə yoxdur. Mən Kaşukun qalmasını istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43