Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Azərbaycan millisinə qarşı Millətlər Liqası matçından sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı…
İdmanxeber.az xəbər verir ki, o əvvəlcə matç barədə fikirlərini bildirdi…
– Oyunda şanslarımız oldu. Sadəcə, qol vura bilmirik. Bu epizodlara baxanda heyrətə gəlirəm, 3-5 metrdən qol vura bilmirik. Rəqibi şanslarından yararlandı. Azərbaycan millisini təbrik edirəm.
– Düşünmürsüz ki, Belarus qrupun ən əzif komandasıdır?
– Oyun keyfiyyəti baxımından bərabər komandalardır. Sadəcə, hücumçular cəhətdən problemlər yaşayırıq.
– İlk oyunda Azərbaycan millisi azlıqda qalmışdı. Həmin matçda xal qazanmağınızı bununla əlaqələndirmək olar?
– Qırmızı vərəqə də oyunun tərkib hissəsidir. Həmin zaman oyunun bitməsinə az qalırdı. İnanmıram ki, bu, oyunun nəticəsinə təsir etdi.
– Oyundan əvvəl Azərbaycan millisini yaxşı təhlil etdiyinizi demişdiz. Bu sözünüzün üstündə qalırsız?
– Bəli, rəqibi yaxşı analiz etmişdik. Qol epizodunda rəqib oyunçunun sol ayağının yaxşı olduğunu bilirdik. Ancaq mane ola bilmədik.
– Azərbaycan millisi Slovakiya ilə 2-cilik uğrunda mübarizə aparır. Bu mübarizədə hansı komandanı üstün sayırsız?
– Bu, mənim fikir bildirəcəyim bir şey deyil.
– Ev oyunlarınızı neytral meydanda keçirməyiniz nəticələrinizə təsir edir?
– Təbii ki. İkinci tsikldir ki, belə oynayırıq. Bu, çox çətindir.
– Azərbaycan çmillisi oyun planında ən çox nələrlə diqqətinizi çəkdi?
– Azərbaycan sürətli futbol oynayır, qısa paslar edir, top saxlayır. Düşünmürəm ki, yeni bir şey göstərdi. Bu, gözlənilən oyun idi.