Kateqoriyasız

“Sevinirsiz?” – De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belarusa qarşı Millətlər Liqası matçından (2:0) sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Axır ki udduq? Sevinirsiz? Mən sevinirəm. Özüm üçün yox, futbolçular üçün. Çünki buna layiqdirlər. 11 günə 4 oyun keçirdik. Ağır matçlar idi. Mövsümün sonu olduğu üçün çox çətin idi. Amma bu gün qalib gələ bildik. Qazaxəstganın lider olması sürpriz görünə bilər, amma maraqlı məqam var ki, onlarda möpvsüm davam edir. Digər yığmalarda isə mövsüm bitib və bu, fiziki formada özünü göstərir. Qazaxıstana qarşı yaxşı oynamışdıq. Amma şanslardan istifadə edə bilmədik və bu, bizə baha başa gəldi. Bu gün oyun keyfiyyəti baxımından yaxşı idik və qalib gəldik. Bu gün strategiya belə idi ki, bəzi oyunçuları ikinci hissənin sonlarına saxlamaq istəyirdik. İki hücumçudan başqa Aleksey İsayev və Coçşqun Diniyevi də xüsusi qeyd etməliyəm. Start heyətdə başlayanlar da sona qədər vuruşdular. Bu, Slovakiya ilə matçdan sonra çox çətin idi, amma bacardılar.

– 4 oyun arasında ən çətini hansı idi?
– Ola bilər ki, Slovakiyaya qarşı ilk 20 dəqiqə. Amma sonra daha yaxşı oynadıq. Təəssüf ki, son dəqiqələrdə “yatdıq” və rəqib şansdan yararlandı.

– Bu qələbə ilə Azərbaycan yığmasındakı problemlər geridə qalacaq?
– İnanıram ki, belə də olacaq və problemləri arxada qiyacağıq. Fuytbolda heç nə elə-belə olmur. Fikrimiz var idi və necə reallaşdıracağımızı bilirdik. Qalib gəlmişik, rahatlaşmamalıyıq, bunu davam etdirməliyik. Əvvəlki oyunlarda da yaxşı oynamışdıq. Sizin üçün nəticə əhəmiyyətlidir, amma biz kompleks yanaşırıq.

– Maksim Medvedev və Kamran Ağayev məşqçilər korpusu sırasında dayanandan sonra komanda daha yaxşı oynamağa başladı. Bundan gələcəkdə də yararlanmağı düşünürsüz?
– Maksimə mən deyirdim, o da oyunçulara çatdırırdı. Komandanın kapitanıdır, böyük təcrübəsi var. Fikirləşirəm ki, gələcəkdə də məşqçi işləyə bilər. Amma bu, pis və ağır işdir, bilmirəm, istəyər, ya yox. Bu gün hamımız bir yerdə vuruşurduq. Hər kəsin şansı gələcək.

– Son 3 oyunda demək olar ki, start heyəti dəyişmədiz. Az futbolçudan istifadə etməməyiniz digər oyunçulara güvənməməyinizlə bağlıdır?
– Bir oyun üçün cəmi 4 günümüz olur. Klubda daha asandır, vaxt çox olur. Bizdə belə deyil. Fikirləşirəm ki, komandanın inkişafı üçün bir yerdə daha çox oynaması vacibdir. Yorğun ola bilərlər, amma qərar verdik ki, belə davam edək.

– 4 oyunda 4 xalı haqlı nəticə sayırsız, yoxsa komanda daha artığına layiq idi?
– Məncə, daha çox xal qazanmalıydıq. Qazaxıstana uduzmq çox pis oldu, yaxşı oynayırdıq. Belarusla ilk oyunda qələbə də qazanmaq olardı. Bu yolda davam etməliyik.

– 4-lü müdafiəyə keçdikdən bir neçə dəqiqə sonra komanda qol vurdu…
– Strategiyamız ilk hissədə müdafiə olunub, rəqibi yormaq idi. Düzü, bundan çlox da razı qalmadım. İkinci yarıda düzülüşü dəyişdik. Meydana çıxanlar fiziki baxımından daha diri idilər. Bu da öz nəticəsini verdi.

– Mahir Emreli sizin baş məşqçi olduğunuz vaxtda ilk qolunu vurdu…
– Qoldan da çox Mahirin necə qaçıb topu götürməsi xoşuma gəldi. Hər bir oyunçu komanda üçün oynamalıdır. Onun bu istəyi çox pozitiv oldu.

– Bu qələbədə mətbuatın nə dərəcədə təsiri oldu? Futbolçuların tənqidlərdən nəticə çıxardığını düşünürsüz?
– Düşünmürəm. Bunlara öyrəşməliyik, futbolun bir hissəsidir. Yəqin ki, oxuyurlar yazılanları. Gfutbolda bu gün fenomensən, sabah bu

– Hədəfin 2-ci yer olduğunu deyirdiz və Slovakiyanı qrupda ən güclü sayırdız. İndi biz onlarla 2-ci yer uğrunda mübarizə aparmalı olacağıq. Komandanız qrupun ən güclüsünə güc gələ biləcək?
– Nostradamus da səhv edib. Mən də yanıla bilərəm. Heç kim gözləmirdi ki, Qazaxıstan iki dəfə Slovakiyaya güc gələ biləcəyik. Vacib bir məqam var. Onlarda çempionat davam edir. Bu, əhəmiyyətlidir. Onların çox yaxşı komandası var. İstərdim ki, bəzi məqamlarda biz Qazaxıstandan bəzi şeyləri öyrənək. Slovakiyaya gəlincə, həmişə çalışıb qalib gəlməliyik.

– Həvəsli danışırsız. Hiss olunur ki, qələbəyə görə çox sevinclisiz?
– Əvvəllər qalib gəlməyə çox öyrəşmişəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43