“Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirib
İdmanxber.az-ın məlumatına görə, “ağ-qaralar” Belarus millisinin hücumçusu Yeqor Boqomolskini transfer edib. Jurnalis Vladislav Tatur futbolçunun artıq Azərbaycana uçduğunu iddia edib. O, “Neftçi”nin 22 yaşlı hücumçu üçün təzminat ödəyəcəyini də vurğulayıb.
“Minsk” klubunda çıxış edən Boqomolski cari mövsüm Belarus çempionatında 15 oyun keçirib və iki qol vurub. O, bu ildən millinin heyətini də dəvət alıb.
Həsən Quluzadə