Kateqoriyasız

Azərbaycan xallarını artırdı, Ermənistan gerilədi

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA ölkələrin reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın “Sürix”i məğlub etməsi Azərbaycanın aktivinə növbəti 0,250 xalı yazdırıb. Ölkəmiz 13,125 xalla 29-cu sıradakı yerini möhkəmləndirib.

Finlandiya, Latviya və Ermənistan isə siyahıda geriləyib.

Qeyd edək ki, siyahıya 88,855 xalla İngiltərə başçılıq edir.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43