“Borussiya”nın futbolçusu Yud Bellingem rəhbərliyin maaşının artırılması ilə bağlı təklifi geri çevirib.
İdmanxeber.az-ın məlumatına görə, hazırda Bundesliqa klubunda illik 6 milyon avro alan ingiltərəli 14 milyon əmək haqqı təklifindən imtina edib. Bellingem bunu qəbul etsəydi, klubda ən çox qazanan oyunçu olacaqdı.
Gənc futbolçunun yayda “Real”a keçəcəyi gözlənilir. Onun Madrid təmsilçisi ilə razılaşdığı üçün bu təklifi geri çevirdiyi bildirilir.
Onun Dortmund təmsilçisi ilə 2025-ci ilə qədər müqaviləsi var.