Dünya futbolu

“Qalatasaray”ın hədəfindəki oyunçu İngiltərəyə gedir

“Lion”un futbolçusu Musa Dembele karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçunun mövsüm sonu Fransa təmsilçisindən ayrılacağı gözlənilir. Fransalı forvard bir neçə klubun maraq dairəsindədi.

Məlumata görə, “Aston Villa” və “Lids” oyunçunun transferində maraqlıdır. Bir dönəm adı “Qalatasaray”la çəkilən Musanın yayda İngiltərəyə yollanacağı ehtimal edilir.

Bu mövsüm “Lion” forması ilə 26 oyunda çıxış edən Dembele 3 qol vurub və bir assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43