Dünya futbolu

“Ronaldonu keçmək mənim üçün çox şey deməkdir” – Rodriqo

“Real”ın hücumçusu Rodriqo yerli mətbuata müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, o, Çempionlar Liqası klubun bombardirlik siyahısında braziliyalı Ronaldonu keçməyin böyük şərəf olduğunu deyib:

“ÇL-də klub tarixinin ən çox qol vuran oyunçuları arasında olmaq əladır. Ümid edirəm ki, bu siyahıda irəliləməkdə davam edəcəm.

Ronaldonu ötmək mənim üçün çox şey deməkdir. Çünki o, mənim və Braziliyadakı bütün gənc nəslin kumiridir”.

Rodriqo “Çelsi” ilə 1/4 finalın cavab oyununda dubla imza ataraq Çempionlar Liqasında 16-cı qolunu vurub. O, aktivində 15 qolu olan həmyerlisi Ronaldonu geridə qoyub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43