Dünya futbolu

Ben Yedder klubunu dəyişə bilər

Vissam Ben Yedder “Monako”da qalmaq istəmir.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı hücumçu bu səbəbdən “Knyazlıq klubu”nun yeni müqavilə təklifini qəbul etməyib. Tunis əsilli fransalının müqaviləsi mövsümün sonunda başa çatacaq. O, Marsel “Olimpik”indən aldığı təklifi dəyərləndirmək niyyətindədir.

Ben Yedder 2019-cu ildən “Monako”da çıxış edir. O, bu mövsüm 22 oyuna çıxıb və 15 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43