Dünya futbolu

“Real”ın ulduzu Çempionlar Liqasının ilk oyununu qaçıracaq

”Real”ın gənc ulduzu Cud Bellinqhem zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, gənc oyunçu həftəsonu keçirilən “Jirona” ilə oyunda sıradan çıxıb. Onun 3 həftə meydanlardan uzaq qalacağı gözlənilir.

Bellinqhem “Leypziq”lə keçiriləcək Çempionlar Liqası oyununu buraxmalı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43