Dünya futbolu

Benzemanın vidası: “O, inanılmazdır”

“Real”dan ayrılan hücumçu Kərim Benzema klubla vidalaşıb.

İdmanxeber.az-ın məlumatına görə, fransalı hücumçu 14 ildən sonra Madrid təmsilçisindən ayrılıb. Onun Səudiyyə Ərəbistanı komandası “Əl İttihad”la anlaşdığı bildirilir. 

“Belə vəziyyətdə hisslərinizi söyləmək çətindir. “Real” klubuna və bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Uzun və çox yaxşı bir yol idi. Uşaqlıq arzumu həyata keçirmək mənə qismət oldu.

Bu klubu heç vaxt unutmaram. Bu, mümkün deyil, tarixin ən yaxşı klubudur. Ancaq düşünürəm ki, bu gün ayrılmaq və başqa bir hekayə öyrənmək vaxtıdır. Madridə gələndə Florentino Peresi gördüm. O an öz-özümə  “Bu, Ronaldo və Zidanı gətirən adamdır” dedim. O, inanılmazdır.

İlk andan mənə güvən verən Ançelottiyə də təşəkkür edirəm. Ondan çox şey öyrəndim. Klubumu tərk etdiyim üçün bir az kədərli gündür. Madrid klubu ilə müqavilə bağladım və karyeramı burada bitirmək istədim, amma alınmadı.

Mən həmişə “Real” azarkeşi olacağam. Həmişə mənə güc verən azarkeşlərə də təşəkkür edirəm. Hamınıza səmimi qəlbdən minnətdaram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43