Dünya futbolu

“Qalatasaray” iki futbolçusunu göndərir

“Qalatasaray transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi ötən mövsümün əvvəlində heyətinə cəlb etdiyi Yusif Demir və Matias Rossu başqa komandaya göndərəcək. 

Rəhbərlik adıçəkilən oyunçuların icarə əsasında başqa klublarda çıxış edib təcrübə qazanmalarını istəyir.

Xatırladaq ki, iki futbolçu da cari mövsüm çox az forma şansı qazanıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43