Ölkə futbolu

Bakı klubu onunla da vidalaşdı

“Səbail” klubu daha bir futbolçusu ilə vidalaşıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Turan Manafov növbəti mövsümdən komandada olmayacaq. Oyunçunun “dənizçilər”lə müqaviləsi olsa da, tərəflər qarşılıqlı razılıq əsasında sözləşməyə xitam verib.

Klub yaxın vaxtda bu barədə rəsmi açıqlama verəcək.

Manafova Premyer Liqa təmsilçisləri və ölkə xaricindən təkliflər var. O, karyerası barədə yekun qərarı yaxın zamanda verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43