Dünya futbolu

“Mançester Siti” birinci, “Real” ikincidir

Nüfuzlu “Brand Finance” konsaltinq şirkəti dünyanın ən bahalı futbol brendlərinin reytinqini təqdim edib.

İdmanxeber.az-ın məlumatına görə, siyahıda Avaropanın böyük klubları yer alıb. Cədvəldə birinci yerdə “Mançester Siti” qərarlaşıb. “Şəhərlilər”in ümumi dəyəri 1,51 milyard avro olaraq göstərilib.

İkinci pillədə “Real” (1,46), üçüncü “Barselona” (1,37), dördüncü “Mançester Yunayted”(1,36) beşinci sırada isə “Liverpul” (1,35) qərarlaşıb.

Qeyd edək ki, ilk sırada “Mançester Siti” cari mövsüm Premyer Liqa çempionluğunu qazanıb. Komanda eyni zamanda Çempionlar Liqasının finalına vəsiqə qazanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43