Ölkə futbolu

Berti Foqts daha bir futbolçuya dəvət göndərdi

Noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək və bu məqsədlə bu gündən etibarən təlim-məşq toplanışında olacaq (11-13 noyabr – Bakı, 14-16 noyabr – Tallinn, 17-19 noyabr – Bişkek) Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu – “Sumqayıt” klubunun üzvü Pərdis Fərcad-Azad dəvət olunub.

Qeyd edək ki, Əli Gökdəmir millinin hazırlıq prosesində noyabrın 14-dən etibarən iştirak edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43