Kateqoriyasız

“Qapıçı heç vaxt səhv etmir, səhv edən komanda olur”

“Neftçi” erkən qol vurdu. Düzdür, sonradan azlıqda qaldılar. Bizim də fərqlənmək üçün xeyli şansımız oldu. Demirəm ki, biz mütləq qələbə qazanmalı idik. Məncə, qarşılaşmanın ədalətli nəticəsi heç-heçə idi”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Bakı”nın futbolçusu Ruben Qonzales “Neftçi” ilə matçdan sonra deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Qapıçı heç vaxt səhv etmir, səhv edən komanda olur. Birinci qolu rəqib əks-hücum zamanı vurdu. Biz onları buraxmamalı idik. İkinci qolda isə ortada boşluq buraxdıq, topu itirdik, nəticədə onlar qol vurdular”.

Sonda Qonzales “Bakı”nın qeyri-stabil çıxışının səbəbini belə izah edib:

Unutmayaq ki, bu gün “Neftçi”yə qarşı oynamışıq. Rəqibimiz güclü komandadır. Artıq bu matçı unutmalıyıq. Çünki qarşıda “Xəzər Lənkəran”la çətin görüşümüz var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43