İdman

Berti Foqts variantı alınmadı

Polşa millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Valdemar Fornelikin istefaya göndərilməsinin ardından boş qalmış posta Adam Navalkanı təyin olunub.

Artıq bu barədə Polşa Futbol Federasiyası məlumat yayıb.

Qeyd edək ki, bir müddət öncə PFF-nin millimizin baş məşqçisi Berti Foqtsla danışıqlar apardığı xəbərləri yayılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43