Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqanın 30-cu turunun iki oyunun izləyəcək.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, almaniyalı mütəxəssis “Bakı” – “Xəzər Lənkəran” və “İnter” – “Neftçi” matçlarına stadiondan baxacaq.
Qeyd edək ki, B.Foqtsun köməkçiləri Aslan Kərimov “Sumqayıt – Simurq” görüşünü, Mahmud Qurbanov isə “Qarabağ” – “Rəvan” qarşılaşmasını izləyəcək.