Prosineçkinin rəhbərlik etdiyi milli komandamız bu gün “Avro-2016″nın seçmə mərhələsində son matçına çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, millimiz son matçında Sofiyada Bolqarıstanın qonağı olacaq.
İki komanda arasında Bakıda baş tutmuş ilk oyunda bolqarlar qələbə qazanan tərəf olub – 1:2.
Lakin bu dəfə durum başqadı. Belə ki, Bolqarıstan millisinin baş məşçisi İvaylo Petev Bakıdakı görüşdən fərqli daha çox ikinci heyət üzvlərinə güvənəcək. Bolqarıstan millisinin Bakıdakı oyunda meydana çıxan heyətini və sabahkı “onbirliy”ini təqdim edirik:
Bolqarıstanın Bakıdakı heyəti:
12. Stoyanov, 4. Popov, 5. Bodurov (k), 11. Manolev, 14. V. Minev, 17. G. Milanov, 18. Gadzhev, 21. Dyakov, 22. G. İliev, 7. M. Aleksandrov, 19. Micansk
Bugünkü matçda meydana çıxacaq heyyət (ehtimal):
Qapıçı: Plamen İliev
Müdafiəçilər: Aleksandr Aleksandrov, İvo İvanov, Yordan Minev, Strahil Popov
Yarımmüdafiəçilər: Gerogi Konstantinov, İvaylo Çoçev, Svyatoslav Andreyeviç
Hücumçular: Anton Karaçakanov, İqor Xristov, Mixail Aleksandrov
Millimiz Bolqarıstana Berti Foqtsun dönəmində məğlub olmuşdu. O zaman almaniyalı mütəxəssis bu heyətə güvənmişdi:
1. Kamran Ağayev, 14. Rəşad Sadıqov (k), 11. Rauf Əliyev, 7. Vaqif Cavadov, 15. Ruslan Abışov, 2. Qara Qarayev, 4. Mahir Şükürov, 6. Bədavi Hüseynov, 20. Ufuk Budakov, 13. Dmitri Nazarov, 10. Rüfət Dadaşov,
Bugünkü matçda Prosineçkinin meydana buraxacağı heyət:
Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Maksim Medvedyev, Rəşad Sadıqov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Elnur Cəfərov, Ruslan Qurbanov