Kateqoriyasız

Beş futbolçu “Xəzər Lənkəran”dan ayrı düşdü

Premyer Liqanın son turunda “Rəvan”la qarşılaşdıqdan sonra iki günlük istirahətə buraxılan “Xəzər Lənkəran” hazırlığını bərpa edib. Komanda bu gün axşam saatlarında Lənkərandakı bazasında məşqə çıxaraq çalışmalarına start verib.

Əsas millinin düşərgəsində olan Rahid Əmirqliyevlə Rasim Ramaldanov, U-21-ə çağırılan Orxan Sadıqlı və Ağabala Ramazanov, U-19 heyətində olan Kamran Abdullazadə məşqə qatılmayıb. Bir saat davam edən məşqdə futbolçular əsasən bərpa məşqini keçirib və daha sonra taktiki çalışmaları yerinə yetiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43