Premyer Liqa

Premyer Liqada son turun rəmzi komandası müəyyənləşdi

Premyer Liqada son turun rəmzi komandası və ən yaxşı oyunçusu məlumdur. InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən, 9-cu turun rəmzi komandasını aşağıdakı futbolçular təşkil edib:

Qapıçı: Dieqo Kosta (Qəbələ)

Müdafiəçilər: Ansi Aqolli (Qarabağ), Admir Teli (Qarabağ), Rəşad Sadıqov (Qarabağ), Mahir Şükürov (Neftçi)

Yarımmüdafiəçilər: Flavinyo (Neftçi), Riçard Almeyda (Qarabağ), Araz Abdullayev (Neftçi), Marinaldo Silva “Çumbinyo” (Qarabağ)

Hücumçular: Junior Nildo (Xəzər Lənkəran), Nikolas Gelaşvili (Qarabağ)

Junior Nildo rəqib qapısına ən çox zərbə endirən, Riçard Almeyda isə komanda yoldaşlarına ən çox ötürmə verən futbolçudur.

Hava mübarizələrində “Neftçi”nin müdafiəçisi Karlos Kardoso üstün olub. AZAL-ın futbolçusu Viktor İqbekoyi ən çox top itkisinə yol verən futbolçudur.

Onun komanda yoldaşı Qərib İbrahimov isə tur ərzində ən çox qayda pozuntusuna yol verib – 6 dəfə.

Turun ən yaxşı oyunçusu isə “Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavinyodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43