Rayan Bebeldən sonra “Beşiktaş” növbəti transferini edib.
İdmanxeber.com-un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin sabiq idarəçilərindən Sinan Vardar öz “twitter” hesabında məlumat verib. O, “qara-qartallar”ın “Kasımpaşa”dan Tunay Torunu transfer etdiyini bidlirib. Bu barədə klub hələlik rəsmi məlumat yaymayıb.
Qeyd edək ki, “Kasımpaşa” forması ilə cari mövsümdə 13 oyuna çıxan Tunay Torun, 2 qol vurub, eyni sayda da məhsuldar ötürmə edib.