Türkiyənin "Dənizlispor" klubunun sabiq baş məşqçisi Yusuf Şimşək "Xəzər Lənkəran" təklif aldığını bildirib.
Qardaş ölkə mətbuatına açıqlama verən mütəxəssis "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin onu sərəncamında görmək istədiyini deyib.
“Dənizli əla müəllimdi. Daha öncə “Dənizlispor”u çalışdırmağımı istəməmişdi. Xaricə gedən kimi, təkrar məni yanına çağırdı".
Qeyd edək ki, Yusuf Şimşək futbolçu karyerasında "Fənərbağça" və "Beşiktaş" kimi klublarda oynayıb.