16 Fevral 2025
Dünya futbolu

“Beşiktaş”ın futbolçusu Rusiya klubunda

“Beşiktaş”ın yarımmüdafiəçisi Gedson Fernandes Rusiya “Spartak”ına keçməyə razılaşıb. 

İdmanxeber.az-ın məlumatına görə, Moskva klubu portuqaliyalıya illik 4 milyon avro məvacib təklif edib. Bu təklif futbolçunu “Spartak”a keçməyə razı salıb.

Bu mövsüm Fernandes türk klubunda 33 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” Gedsonun dəyərini 17 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43