19 İyun 2026
Ölkə futbolu

Azərbaycanlı qapıçı daha yaxşı təklif aldı – Paytaxtda klub dəyişəcək

“Səbail”dəki performansı ilə diqqətləri öz üzərinə çəkməyi bacaran Əlirza Müştəbazadə yayda komandasını dəyişə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, gənc qolkiperlə Azərbaycan II Liqasının ən imkanlı komandası olan “Şəfa” maraqlanır. I Liqanı hədəfləyən klub 24 yaşlı qapıçını heyətinə qatmağı düşünür. 

“Şəfa” hazırkı komandasında elə də böyük məvacib almayan Müştəbazadəyə daha yaxşı maaş təklif edib. Artıq tərəflər arasında şifahi razılıq əldə olunub. 

Bayıl təmsilçisinin qapıçısı “Şəfa” I Liqaya yüksələcəyi təqdirdə bu komandaya keçə biləcəyini də qarşı tərəfin diqqətinə çatdırıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43