İspaniya La Liqasının XXIV turunda “Las Palmas”la görüşdə rəqibini vurduğu üçün qırmızı vərəqə alan Madrid “Real”ının futbolçusu Qaret Beylin cəzası açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi uelsi futbolçuya iki oyunluq cəza verib.
O, qarşıdan gələn “Eybar” və “Betis”lə oyunları buraxacaq.